Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də Münhendə ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqlə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |