Yolların buz bağlaması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib
Bakıda yolların buz bağlaması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, fevralın 5-dən 6-a keçən gecə yolların buz bağlaması nəticəsində 19 nəfər yıxılaraq xəsarət alıb. Həmin şəxslərin hamısı şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanalardan 11-i kişi, 8-i qadındır.
R. Nağıyev həmçinin ötən gecə 3 paytaxt sakininin dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini qeyd edib.
11:32 06/02 | 100 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Yolların buz bağlaması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun