SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
S.Narışkin: “Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var”
“Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var”.

Bunu AzərTAc-a müsahibəsində Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin deyib. Administrasiya rəhbəri iki ölkə arasındakı münasibətlərin gələcəyinə nikbin baxdığını bildirib: “Münasibətlərimizin indiki səviyyəsi baxımından ikitərəfli münasibətləri çox müsbət qiymətləndirirəm və onların gələcək inkişafına nikbinliklə baxıram. Biz bir-birimizə lazımıq və əməkdaşlıqda maraqlıyıq. Əslində, bütün ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərlə bağlı ümumi anlayışımız var. Odur ki, zənnimcə, biz uzun müddət və əbədi bir yerdə olacağıq”.

O xüsusi vurğulayıb ki, Rusiya Azərbaycanı sevir və ölkəmizə yaxşı münasibət bəsləyir. İki ölkə və iki xalq arasında çox mehriban münasibətlər var: “Mən özüm də Azərbaycanı sevirəm. Lap bu yaxınlarda Rusiyanın böyük nümayəndə heyəti Azərbaycanda olub və Hümanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak edib. Bu, dostluq və mehribanlıq şəraitində keçmiş çox ciddi və yaxşı forum idi. Ümidvarıq ki, həmin forum münasibətləri möhkəmləndirmək üçün hər il bir araya gəldiyimiz tədbir olacaq. Bu ideyanı Azərbasycan Prezidenti İlham Əliyev bəyənib, Dmitri Medvedev də dəstəkləyib. Odur ki, bundan sonra da fəal işləyəcəyik. Xüsusi vurğulamaq istəyirəm ki, bu forumun təşkilində və keçirilməsində Azərbaycanın səfiri Polad Bülbüloğlunun böyük xidməti var”.
10:08 06/02 | 47 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
S.Narışkin: “Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur