SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Kanat Saudabayev: "Qazaxıstan «uzanmış münaqişələrin» həlli üçün əlindən gələni edəcək"
Qazaxıstan «uzanmış münaqişələrin», o cümlədən postsovet məkanında olan üç münaqişənin həlli üçün əlindən gələni edəcək.




RİA Novosti-nin verdiyi xəbərə görə, bunu ATƏT-in hazırkı sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bildirib.

Qurum sədri Qazaxıstanın ATƏT-ə sədrlik dövründə «uzanmış münaqişələrin» həllində müəyyən irəliləyişə nail olacağına ümidvar olduğunu bildirib: «Qazaxıstanın münaqişə iştirakçısı olan xalqlarla mental yaxınlığını və ölkə prezidenti Nursultan Nazarbayevin bu xalqlar arasında nüfuzu və ona göstərilən etimadı nəzərə alaraq, biz bu çətin prosesdə tərəfdaşlarımızın səylərinə impuls verə biləcəyimizi düşünürük», - deyə Saudabayev BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında təhlükəsizlik şurasının iclasında iştirakı zamanı bildirib.

Saudabayev onu da bildirib ki, onun ATƏT-in hazırkı sədri vəzifəsində fevralın 15-də Cənubi Qafqaza nəzərdə tutulmuş səfəri məhz bu məsələlərin həllinə həsr olunacaq.
09:34 06/02 | 24 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Kanat Saudabayev: "Qazaxıstan «uzanmış münaqişələrin» həlli üçün əlindən gələni edəcək" | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Qaraçılarının yolpulunu hökumət ödəməli olacaq


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur