SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Ölkənin rabitə sahəsindəki bütün müəssisələrində lazımi hazırlıq işləri görülüb
Güclü qarın yağması ilə əlaqədar Nazirlik tərəfindən ölkənin rabitə sahəsindəki bütün müəssisələrində lazımi hazırlıq işləri görülüb.





Hazırda Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti rabitə sahəsinin müəssisə və təşkilatlarının işinə mənfi təsir göstərməyib. Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin başçısı Müşfiq Əmirov bəyan edib. Onun sözlərinə görə, ölkə ərazisində güclü qarın yağması ilə əlaqədar Nazirlik tərəfindən ölkənin rabitə sahəsindəki bütün müəssisələrində lazımi hazırlıq işləri görülüb. Belə ki, qəza xidmətləri və texniki heyət iş başındadır və onlar hər hansı bir problem yaranarkən onu aradan qaldırmağa hazırdır: «Bununla yanaşı, ATS-lərdə müvafiq sistem və avadanlıqlar səfərbər olunub və hər hansı bir ATS elektrik enerjisindən məhrum olarsa, avadanlıqlar işə salınaraq stansiyaların fəaliyyətinin müvəqqəti belə dayanmasının qarşısı alınacaq. Ümumiyyətlə, hava şəraiti ilə əlaqədar ölkənin rabitə sahəsində heç bir problem qeydə alınmayıb». M.Əmirov qeyd edib ki, Nazirlikdə və müvafiq rabitə müəssisələrində operativ qruplar yaradılıb. Qeyd edək ki, meteoroloqların proqnozlarına əsasən ölkədə qeyri-sabit hava şəraiti 2-3 gün davam edəcək.
17:05 05/02 | 21 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Ölkənin rabitə sahəsindəki bütün müəssisələrində lazımi hazırlıq işləri görülüb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: :
Gürcüstan Parlamentinin spikeri Böyük Britaniyanın Avropa işləri üzrə naziri ilə görüşdü


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur