Dağlıq Qarabağda keçiriləcək qondarma parlament seçkisi legitim sayıla bilməz - Azərbaycan MSK-sı
Azərbaycan dövlətinin qərarı olmadan Dağlıq Qarabağda hər hansı seçkinin keçirilməsi qeyri-qanunidir.
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, Dağlıq Qarabağda keçiriləcək qondarma parlament seçkisi legitim sayıla bilməz. "Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan dövləti isə parlament seçkilərinin keçirilməsi barədə qərar verməyib. Ona görə də bu seçki legitim sayılmayacaq", - cümə günü MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib. Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti fevralın 5-də sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 23-də "DQR"-də parlament seçkisi keçiriləcək. Qasımov deyib ki, Azərbaycan dövlətinin qərarı olmadan Dağlıq Qarabağda hər hansı seçkinin keçirilməsi qeyri-qanunidir.
16:09 05/02 | 23 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Dağlıq Qarabağda keçiriləcək qondarma parlament seçkisi legitim sayıla bilməz - Azərbaycan MSK-sı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun