Xaricdən Azərbaycana yerinə yetirilən aviareyslərin əksəriyyəti Gəncə aeroportuna istiqamətləndirilir
Bakı şəhərində hava şəratinin qeyri-sabit keçməsi nəticəsində xaricdən Azərbaycan paytaxtına gələn bir sıra sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enə bilməyərək Gəncə aerovağzalına üz tutub.
Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, hazırda Urumçi-Bakı və London-Bakı marşrutu üzrə uçuş yerinə yetirən təyyarələr Bakı hava limanına enə bilməyərək Gəncə aeroportuna enib. Nijnevartovsk-Bakı marşurutu üzrə uçan təyyarə isə Həştərxan şəhərində (Rusiya) enib: «Saat 13:00-da biz Sankt-Peterburq-Bakı marşrutu üzrə aviareysi qəbul etməliyik, lakin güclü qarın yağması ilə əlaqədar bu marşrutla hərəkət edən təyyarə də Gəncə hava limanına enəcək». Bakı aeroportunda onu da qeyd ediblər ki, Azərbaycan paytaxtından isə təyyarələr hələ uçuş yerinə yetirmir – hava limanı müvəqqəti olaraq bağlanıb. Buna baxmayaraq, Almaniyanın «Lufthansa» aviaşirkəti artıq Bakı-Frankfurt aviareysinin sərnişinlərinin «Airbus-340» təyyarəsinə minməsini təmin edib. «Lufthansa»nın Bakı ofisindən verilən məlumata görə, sərnişinlərin təyyarəyə daxil olmasına baxmayraq, avialayner havaya qalxmağa tələsmir: «Bunun səbəbi uçuş zolağının qarla örtülməsi və görünmə dərəcəsinin az olması ilə bağlıdır». Qeyd edək ki, yerli hidrometeoroloji xidmətlərin məlumatına görə, qarlı hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək. Apa
15:53 05/02 | 22 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Xaricdən Azərbaycana yerinə yetirilən aviareyslərin əksəriyyəti Gəncə aeroportuna istiqamətləndirilir | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun