ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Bakıya gələcək
Fevralın 14-də Bakıya səfər edəcək ATƏT-in fəaliyyətdə olan sədrini müşayiət edəcək nümayəndə heyətinin tərkibinə ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Bolat Nurqaliyev də daxildir.
Bu barədə APA-ya Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov məlumat verib.
Xatırladaq ki, Bolat Nurlaliyev ATƏT sədri Kanat Saudabayev tərəfindən bu il münaqişələr üzrə xüsusi nümayəndə təyin olunub. 2010-cu ildə ATƏT-ə sədrlik edəcək Qazaxıstan dondurulmuş münaqişələrin nizamlanmasını əsas fəaliyyət prioritetlərindən elan edib.
14:17 05/02 | 86 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Bakıya gələcək | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun