«Azərbaycan Dəmir Yolları» QSC-nin kollektivi gücləndirilmiş iş rejiminə keçib
Yolların qardan təmizlənməsi işləri aparılır.
Fevral ayının 4-dən 5-nə keçən gecə Azərbaycan ərazisində yağan güclü qar nəticəsində dəmir yolunda qatarların hərəkətində müəyyən fasilələr yaranıb. Bununla əlaqədar, respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkətinə surət məhdudiyyəti tətbiq olunub. Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bəyan edib. «Məhz bu səbəbdən sərnişin qatarlarının mənzil başına və geriyə hərəkətində müəyyən gecikmələr qeydə alınır. Belə ki, fevralın 5-də Şimal istiqamətində hərəkət edən 55-56 saylı Bakı-Moskva sərnişin qatarları saat 19:50-də, 373-374 saylı Bakı-Tümen qatarı saat 17:00-da cədvəl üzrə yola düşəcək, Tümen-Bakı qatarı isə cədvəl üzrə saat 18:37-də Bakıya gələcək», - deyə N.Əzməmmədov bildirib. Buna baxmayaraq, yerli istiqamətdə hərəkət edən sərnişin qatarları Bakıdan cədvəl üzrə yola düşəcək. Havaların kəskin pisləşməsi ilə bağlı «Azərbaycan Dəmir Yolları» QSC-nin kollektivi gücləndirilmiş iş rejiminə keçib, yolların qardan təmizlənməsi işləri aparılır.
11:56 05/02 | 46 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
«Azərbaycan Dəmir Yolları» QSC-nin kollektivi gücləndirilmiş iş rejiminə keçib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun