SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Müdafiə Nazirliyi: Ermənistan vətəndaşının ailə üzvləriylə birgə Azərbaycana keçməsi ilə bağlı hərtərəfli araşdırma aparılır


Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan vətəndaşı Yeğişe Petrosoviç Gevorkyanın ailə üzvləri ilə birgə Azərbaycan ərazisinə keçməsi ilə bağlı hərtərəfli araşdırma aparır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib: “Hadisənin hərtərəfli araşdırılmasına ciddi ehtiyac duyulduğundan hələlik konkret fikir söyləməyi zəruri hesab etmirik. Lakin araşdırma yekunlaşandan sonra hər hansı məlumatın verilməsi də istisna deyil”.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyindən erməni ailəsinin hazırda Azərbaycan ərazisində olduğu bildirilib.
Xatırladaq ki, yanvarın 10-da axşam Ermənistan vətəndaşı, 1958-ci il təvəllüdlü Yeğişe Petrosoviç Gevorkyan içində həyat yoldaşı və azyaşlı (3, 6 və 7 yaşlı) uşaqlarının da olduğu avtomobillə Azərbaycan ərazisinə daxil olub. Ermənistan Müdafiə Nazirliyinin olayla bağlı yaydığı rəsmi açıqlamada bildirilib ki, Y. Gevorkyan Ermənistan sərhədçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb və sərhəd maneələrini aşaraq Yerasx rayonu istiqamətindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə girib. Azərbaycan əsgərlərinin xəbərdarlıq atəşi açdığı xəbər verilir.
 



12:10 14/01 | 392 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Müdafiə Nazirliyi: Ermənistan vətəndaşının ailə üzvləriylə birgə Azərbaycana keçməsi ilə bağlı hərtərəfli araşdırma aparılır | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: :
Müdafiə Nazirliyi: Ermənistan vətəndaşının ailə üzvləriylə birgə Azərbaycana keçməsi ilə bağlı hərtərəfli araşdırma aparılır


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur