SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Türkiyə Azərbaycanla danışıqlara başladı
Bu barədə Türkiyənin energetika naziri Taner Yıldız bildirib.


Türkiyə Türkmənistan qazının alınması ilə bağlı Azərbaycanla danışıqlara başlayıb. Türkiyənin energetika naziri Taner Yıldız bildirib ki, ölkəsi Türkmən qazını almaq istəyir. «Təbii ki, mavi yanacaq ehtiyatı çox olan Türkmənistan enerji marşrutlarının diversifikasiyasında maraqlıdır»- deyən Yıldız qeyd edib ki, Türkmən qazının Nabukko layihəsi üzrə Türkiyəyə nəqli barədə danışıqlar aparılır. Ancaq, Azərbaycanla Türkmənistan arasında boru kəməri olmadığından, Ankara İran qazının alınması variantı üzərində düşünür. Bu halda Türkmənistan qazını İrana nəql edəcək, İran isə eyni həcmdə qazı Azərbaycana göndərəcək, artıq Azərbaycandan isə qaz Gürcüstandan keçməklə Türkiyəyə çatdırılacaq. O bildib ki, Türkiyə Azərbaycanla mavi yanacaqla bağlı əməliyyatltarı genişləndirmək istəyir. Nazir xatırladıb ki, Azərbaycanla eneji sahəsində əməkdaşlıq bütün istiqamətlərdə davam edir. O, yaxın günlərdə razılığın əldə olunacağına inanır.



15:12 08/01 | 625 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Türkiyə Azərbaycanla danışıqlara başladı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İQTİSADİYYAT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İQTİSADİYYAT:
Türkiyə Azərbaycanla danışıqlara başladı


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur