Yeni ili “Paramount” kinostudiyasının səhnəsində qarşılayan Pamela Andersonun donu gözlənilmədən əynindən sürüşməyə başlayıb.
Hollivudun “Paramount” kinostudiyasının səhnəsində aparıcılıq edən 42 yaşlı Pamela Andersonun sinəsi çöldə qalıb. Onun bu axşam üçün seçdiyi ağ rəngli, sinəsi olduqca açıq donu əynindən sürüşməyə başlayıb. Bundan xəbərsiz olan Pamela Anderson, insanları qarşıdan gələn yeni il münasibətilə təbrik etməkdə davam edib.
Qeyd edək ki, Pamela Anderson səhnədə tək olmayıb. Belə ki, həmin axşam onu məşhur şou-proqramlardan birinin mükafatçısı Adam Lambert müşayiət edib. Adam Lambert həmkarını belə vəziyyətdə görən zaman ona kömək etmək qərarına gəlib və donunu yuxarı dartmağa cəhd göstərib. Lakin Pamela Anderson Adam Lambertin bu hərəkətini başqa cür yozduğundan geri çəkilib. Yalnız Adam Lambert sakitcə ona nə baş verdiyini izah edəndən sonra hər şey yoluna düşüb.
15:27 04/01 | 831 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Pamela Andersonun donu əynindən sürüşüb! | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun