Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 3 nəfər tutulub.
Yanvarın 23-də Fəqan Həsənovaya ayaq nahiyəsindən bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış şəxslərin Bakı şəhər sakinləri Tural Mirzəyev, Elçin Quliyev və Vüsal Məmmədov olması müəyyənləşdirilib. Hər 3 şəxs tutularaq istintaqa təhvil verilib.