Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı-buzlu hava şəraiti və yolların buz bağlaması ilə əlaqədar sürücülərə növbəti dəfə müraciət edib.
İdarənin şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, ölkənin demək olar ki, bütün bölgə və rayonlarında yolları buz bağlayıb: “Buzlaşma bütün yollarda müşahidə olunur. Belə hava şəraitində sürücülərdən maksimum ehtiyatlı olmaq tələb olunur. Təcrübəsiz sürücülər isə ümumiyyətlə, sükan arxasına keçməsələr yaxşı olar”.
Qeyd edək ki, şaxtalı-buzlu hava şəraiti bir neçə gündür ki, ölkədə üstünlük təşkil edir. Hazırda paytaxtda havanın temperaturu 0-2 dərəcə arasında dəyişir.