SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Virus təhlükəsinin artması antivirus şirkətlərini gücləndirir

“Symantec” şirkəti cari rübdə əməliyyat gəlirinin 1 səhm üçün 41-42 sent təşkil edəcəyini proqnozlaşdırıb.



“Symantec” şirkəti üçüncü maliyyə rübünün yekunu haqqında hesabat verib. Populyar antivirus istehsalçısının mədaxili kompyuter təhlükəsizliyini  təmin edən proqram məhsullarına olan tələbat sayəsində 82% artıb. “Symantec” şirkətinin xalis mənfəəti 240 milyon dollar təşkil edib. Əməliyyat gəliri 15% artıb. “Symantec” şirkətinin mədaxili 6,9% artaraq  1,72 milyard dollar təşkil edib. Bundan əlavə bildirilib ki, “Symantec” şirkətinin Direktorlar şurası 1 milyard dollar dəyərində əlavə səhmin satın alınmasını təsdiqləyib. “Symantec” şirkətinin prezidenti və əsas icraçı direktoru Enrike Salem qeyd edib ki, bu qərar şirkətin öz gücünə güvəndiyinə sübutdur. “Symantec” şirkəti cari rübdə əməliyyat gəlirinin 1 səhm üçün 41-42 sent təşkil edəcəyini proqnozlaşdırıb. "Şirkət öz seqmentində sözsüz ki liderdir, onun brendi dünya səviyyəsində tanınır və görünür ki, fərdi kompyuter seqmentinin zəifləməsi onlara təsir etmir” – “FBR Capital Markets“ analitik şirkətinin mütəxəssisi Deniel İvz bildirib.




10:37 27/01 | 20 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Virus təhlükəsinin artması antivirus şirkətlərini gücləndirir | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox TEXNOLOGİYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: TEXNOLOGİYA:
Hər səhv yazılan ünvan “Google”-a 500 milyon dollar qazandırır


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur