Cümə axşamı Ankarada TÜRKSOY türk mədəniyyətinin Beynəlxalq təşkilatı çərçivəsində "M.F.Axundzadə ili"-nin rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimi TÜRKSOY qərargahında olub. Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolaz Rurua, diplomatlar, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. TÜRKSOY-un birinci katibi Düssen Kaseinov öz çıxışında deyib ki, Axundzadə görkəmli insan idi və o "özü üçün yox, millət üçün işləyirdi". Onun sözlərinə görə, belə mədəni tədbirlərin keçirilməsinin məqsədi vahid mədəniyyətə və tarixə malik olan ölkələri və xalqları yaxınlaşdırmaqdır. Nikolaz Rurua bildirib ki, Axundzadə Gürcüstan üçün də görkəmli şəxsiyyətdir. "O Tiflisdə həyatının böyük hissəsini yaşayıb və onun qəbri gürcü paytaxtındadır. Onun əsərləri Gürcüstanda çox məşhurdur və dünyanın çox dillərinə tərcümə olunmalıdır", - o deyib. Azərbaycanın mədəniyyət və turizm naziri qeyd edibki, dövlət programa əsasən, 2012-ci ildə bütün dünyada M.F.Axundzadə ilə bağlı 47 böyük tədbir keçiriləcək. Yeni tamaşaların qoyulmaları, kitabların buraxılışları, Tiflisdə Axundzadə ev-muzeyinin təmiri və bir çox başqa şeylər nəzərdə tutulur. Əbülfəs Qarayev "M.F.Axundzadə ili"-nin keçirilməsinə cürbəcür dəstək üçün TÜRKSOY-a minnətdarlığını ifadə edib. Türk nazir bildirib ki, Konyada "Axundzadə günü" keçiriləcək, Adanada isə Axundzadənin əsəri üzrə tamaşanın qoyulması olacaq.