SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Bakıda güclü yanğın baş verib

Ötən gecə Bakının Nizami rayonunda yaşayış binasında güclü yanğın baş verib.



Nizami rayonu 8-ci kilometr qəsəbəsi Rüstəmov küçəsi 74 ünvanında meydana gələn yanğın beşmərtəbəli binanın zirzəmisini əhatə edib. Yanğın barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) yanğından mühafizə briqadası və xilasetmə dəstələri cəlb olunub.

Alov tüstü ilə müşahidə edildiyindən binada yaşayan sakinlər evakuasiya edilib. Təhlükəsizliyi təmin etmək məqsədi ilə binaya işıq və qaz verilişi müvəqqəti olaraq dayandırılıb. Sakinlərin sözlərinə görə, yanğın baş verən zirzəmi həmin binada yerləşən 57 saylı mənzil istismar sahəsinin anbarı olub.

Qeyd edək ki, yanğının baş verən zirzəmidə saxlanılan kimyəvi maddələrin alovlanması yanğınsöndürənlərin işini çətinləşdirib. Hadisə nəticəsində yaranan qatı tüsdüdə yanğının qarşısını almaq üçün əraziyə xüsusi təyinatlı yanğınsöndürmə briqaları da cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi dəqiq müəyyən edilməsə də, hadisənin ehtiyatsızlıq nəticəsində meydana gəldiyi ehtimal olunur. Yanğının dəqiq baş vermə səbəbləri isə FHN əməkdaşlarının aparacağı araşdırmalardan sonra məlum olacaq.




08:36 27/01 | 51 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Bakıda güclü yanğın baş verib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur