SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Rəsmi Vaşinqton Fransa senatının qərarını bəyənmədi

“Bizim ən güclü tərəfərimizdən biri də ifadələrdə cinayət tərkibi axtarmamağımızdır. İnsanlar bu ölkədə istədikləri hər şeyi deyə bilərlər”.



Bunu ABŞ dövlət katibi Hillari Klinton jurnalistlərin, Fransa senatının qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun barədə sualını cavablandırdığı zaman deyib.

"Soyqırımı" iddialarının siyasi yox, tarixi mövzu olduğunu deyən Hillari Klinton ölkəsinin əsla Fransanın yolu ilə getməyəcəyini vurğulayıb. “Fransa da daxil olmaqla digər ölkələrin fərqli standartları və tarixləri ola bilər. Amma biz ifadənin cinayət sayılacağı bir yolla getməyəcəyik. Hesab edirəm ki, bu mövzunun siyasilikdən daha çox tarixi olduğunu qeyd etmək daha ədalətli olar ki, həqiqət də budur. Məncə ABŞ hökumətinin mövqeyi belə olmalıdır".

İnsanların qərarlarına hörmət göstərilməli olduğunu deyən ABŞ dövlət katibi tərəflərin dialoqa sövq edilməsinin vacib olduğunu qeyd edib. “Nəhayətdə insanlar öz qərarlarını özləri verəcəklər və buna hörmət göstərilməlidir. Mübahisəli tarixi müzakirələrin hansı tərəfində olmasından asılı olmayaraq insanları fikir dialoquna sövq etməliyik. Dəlil toplayın, iddialarınızı ortaya qoyun və dialoqa da həvəsli olun. Hesab edirəm ki, bu məsələ belə olmalıdır”.




08:14 27/01 | 168 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Rəsmi Vaşinqton Fransa senatının qərarını bəyənmədi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ANA XƏBƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ANA XƏBƏR:
İlham Əliyev:“Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə heç vaxt barışmayacaq”


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur