SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Türkiyə parlamentinin spikeri: “Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güçlü olacaqlar”

Azərbaycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilovun daxil olduqları nümayəndə heyəti Ankarada səfərdədir.



Yanvarın 26-da nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.

Türkiyə parlamentinin spikeri bildirib ki, Milli Məclis ilə əməkdaşlıq yüksək səviyyədədir və əlaqələr gündən-günə inkişaf edir. Fransa Milli Assambleyası və Senatının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması qərarına qarşı qardaş Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayan C.Çiçək ümidvar olduğunu bildirib ki, ölkələrimizin bir-birinə dəstəyi bundan sonra da davam edəcək. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güçlü olacaqlar.

Milli Məclisin deputatları Ankaranın Keçiören bələdiyyəsində də olmuş, bələdiyyələrarası əlaqələrin gücləndirilməsi, sosial və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıblar.




07:38 27/01 | 79 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Türkiyə parlamentinin spikeri: “Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güçlü olacaqlar” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ANA XƏBƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ANA XƏBƏR:
İlham Əliyev:“Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə heç vaxt barışmayacaq”


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur