SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
İrandan Avropa Birliyinə gözlənilməz cavab

Yanvarın 23-də Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında bu ilin iyulun 1-də İrandan neft alınmasının tam dayandırılması barədə qərarına Tehran gözlənilməz reaksiya verib.



Rəsmi Tehran Avropa Birliyinə üzv ölkələrə neft ixracının dərhal dayandırılması istiqamətində hərəkətə keçib. Bu həftənin sonunda İran parlamentində Avropa Birliyinə üzv ölkələrə neft ixracının dərhal dayandırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Böyük Britaniyanın “Financial Tayms” qəzetinə açıqlama verən İran parlamentinin enerji komissiyasının sözçüsü Emad Hüseyni deyib ki, qanun Məclisdə qəbul olunarsa, Avropa Birliyinin İran neftinin idxalına qarşı sanksiyası başlamazdan əvvəl Tehran bu ölkələrə neft ixracını dayandıracaq. O, qanun layihəsinin ən gec bazar günü parlamentdə müzakirəyə çıxarılacağını bildirib. “Financial Tayms” qəzeti yazıb ki, İran neft ixracını bu günlərdə dayandırarsa, ən çox iqtisadi böhranla üzləşmiş Yunanıstan, İtaliya və İspaniya kimi ölkələr zərər görəcəklər. İran hər gün Avropa Birliyi ölkələrinə 450 min barel neft ixrac edir. Yunanıstan neft tələbatının 1/3-i məhz İran nefti hesabına təmin edir. Tehran neft ixracını dayandırarsa, Yunanıstanın daha böyük böhranla üzləşəcək.




16:39 26/01 | 33 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
İrandan Avropa Birliyinə gözlənilməz cavab | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur