SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Qondarma soyqırım qanununun Sarkoziyə göndərilməsi gecikəcək

Fransanın Konstitusiya Şurası qondarma erməni soyqırımının inkarının cəzalandırılması qanununa rəsmi prosedurla müdaxilə edib. Qanuna müxalif olan senatorların imzatoplama kampaniyasından xəbərdar olan şura, hökumətə “qanunu gözlədin" deyib. Bununla da, sənədin əleyhinə imza toplayan senatorlar 3 gün əlavə vaxt qazanıblar.
9 seçilmiş üzvdən ibarət olan şura qanunu Yelisey Sarayına göndərməli olan hökumət katibliyinə müraciət edərək, qanunun konstitusiyaya zidd olması ilə bağlı məsələlər olduğundan, həm parlamentdə, həm də senatda imzatoplama kampaniyası başladığını bildirib və layihənin prezidentə göndərilməsinin ləngidilməsini istəyib.
Şura, imza toplayan senatorlara isə daha da tez işləmələri barədə müraciət edib. Qanuna şiddətlə qarşı olan və Senatda 16 yerə sahib olan Avropa Demokratik və Sosial Birlik Qrupunun başçısı Jak Mezard qəbul edilən layihənin Konstitusiyaya zidd olduğunu deyib: "Bu qanunu konstitusiya məhkəməsinə aparmaq haqqında qərar qəbul etdik. Bütün qruplardan qanuna səs verməyən 197 senator arasından 60 imzanı toplamaq üçün işə başlamışıq". Qeyd edək ki, iqtidardakı Xalq Hərəkəti Birliyinin (UMP) üzvü və Türk-Fransız dostluq qrupunun rəhbəri Mişel Diefenbaher imza verənlərin sayının 35-ə çatdığını bildirib. Qanun layihəsinə verdiyi dəstəklə Türkiyə-Fransa münasibətlərini qopmaq nöqtəsinə gətirən prezident Nikola Sarkozi isə türk nümayəndə heyəti ilə dərhal görüşməyə hazır olduğunu deyib. O, ötən gün Fransada olan dinlərin təmsilçilərini qəbul edib. Toplantıya qatılan Fransa İslam Şurasının türk direktor köməkçisi Heydar Demiryürek Sarkozi ilə görüşüb. “Ona bu qanunun bizdə böyük xəyal qırıqlığı yaratdığını dedim. Şəxsən mən yıxıldım. Türk toplumu özünü Fransada kənarlaşdırılmış, geri plana atılmış hiss edir. Sarkozi də "hisslərinizi anlayıram. Dərhal sizin də içində olduğunuz türk nümayəndə heyəti ilə görüşə hazıram. Sizə bildirərlər" dedi",- deyə bildirib.
Qeyd edək ki, Fransa qanunlarına görə Senatda qəbul edilən qanun prezident tərəfindən 15 gün ərzində təsdiqlənməlidir.




16:33 26/01 | 139 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Qondarma soyqırım qanununun Sarkoziyə göndərilməsi gecikəcək | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ANA XƏBƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ANA XƏBƏR:
İlham Əliyev:“Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə heç vaxt barışmayacaq”


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur