SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Fransa Senatda qəbul olunan qərara görə artıq Dağlıq Qarabağ məsələsinin həlli prosesində obyektiv və ədalətli vasitəçi ola bilər

Türkiyənin Fransaya qarşı tətbiq edə biləcəyi çoxlu sayda diplomatik, siyasi və iqtisadi sanksiya var



Fransa 1915-ci il hadisələrinə dair Senatda qəbul olunan qərara görə Dağlıq Qarabağ məsələsinin həlli prosesində artıq obyektiv və ədalətli vasitəçi ola bilməz.  Bu barədə Vaşinqtondakı Sidar Global Advisors (SGA) analitik qrupunun növbəti xüsusi tədqiqat işində qeyd edilib.
“Azərbaycan Fransa Senatında qəbul olunan qərarı pisləyir və bildirir ki, Fransa artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən Minsk Qrupunun həmsədrliyində qala bilməz. Ermənistan prezidenti isə qəbul etdikləri qanun layihəsinə görə Fransa qanunvericilərinə təşəkkür edib”, - deyə analitik qrup bildirir.
SGA analitikləri qeyd edir ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qəbul olunan sənədi “diskriminasiya xarakterli irqçi layihə” adlandıraraq, onun qəbuluna görə Fransa parlamentini sərt tənqid edib: “Amma Türkiyə siyasətçiləri hələlik cavab tədbirləri görməyə tələsmir, əvəzində Fransa senatorlarından Konstitusiya Məhkəməsinə müraciət etməyi tələb edirlər”.
Analitiklərin fikrincə, Türkiyənin Fransaya qarşı tətbiq edə biləcəyi çoxlu sayda diplomatik, siyasi və iqtisadi sanksiya var: “Diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsinə endirilə, Türkiyənin hava və su məkanı Fransa üçün bağlana, təhsil və mədəniyyət sahəsində əlaqələr zəiflədilə, Fransanın 1950-60-cı illərdə Əlcəzair xalqına qarşı soyqırımı törətdiyi Ankara tərəfindən iddia edə bilər”.
Analitiklər belə hesab edirlər ki, Türkiyə və Fransa Ümumdünya Ticarət Təşkilatının və Avropa İttifaqı Gömrük Birliyinin üzvü olduğu üçün Türkiyənin Fransa mallarını və xidmətlərini rəsmən boykot etməsi mümkün olmayacaq: “Türkiyədə ictimaiyyətin qəzəbi artır, müxalifət partiyaları da bu məsələdə hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyirlər. Belə olan halda Türkiyə istehlakçıları fransız mallarını qeyri-rəsmi şəkildə boykot edə bilərlər ki, bu da ötən il 14 milyard ABŞ dolları həcmində olan ikitərəfli ticarət dövriyyəsinə ciddi ziyan vurar”.
SGA əmindir ki, Fransa-Türkiyə əlaqələrinin zəifləməsindən ən çox ziyan çəkən Türkiyə ilə müdafiə sənayesi sahəsində sərfəli sazişlər imzalayan fransız şirkətləri olacaq. Türkiyənin Fransadan 4 milyard dollar məbləğində uzaq mənzilli raket və raketdən müdafiə sistemləri alacağı gözlənilirdi. Ankara bu ilin yayında bu barədə qərar qəbul etməli idi: “Bunun əvəzində Türkiyənin Avropa Birliyinə daxil olması bir qədər də çətinləşəcək. Türkiyənin NATO əməliyyatlarında həlledici rolunu nəzərə alsaq, onda belə hesab etmək olar ki, gələcəkdə NATO-nun Suriyaya müdaxiləsi də problemli olacaq. Türkiyə və Ermənistan arasında hər hansı yaxınlaşma isə bundan sonra mümkün olmayacaq”.
Analitiklərin fikrincə, ABŞ-dakı erməni diasporunun 24 apreli rəsmən “erməni soyqırımı” günü kimi qeyd etmək cəhdləri indi Türkiyəni daha çox narahat edəcək: Türkiyə və İsrail arasında münasibətlərin korlanması göstərir ki, İsrail lobbisi də belə bir qanun layihəsinin qəbuluna mane olmayacaq. Erməni diasporunun cəhdlərinin qarşısını almaq üçün Türkiyə rəsmiləri bir daha Türkiyənin ABŞ üçün strateji əhəmiyyətini vurğulamalı, bunu prezident Obamaya qəbul etdirməli olacaqlar”.
SGA-da hesab edirlər ki, ABŞ Türkiyəni hərbi cəhətdən təchiz edir və bu məsələdə Türkiyə ondan asılı olduğu üçün qondarma “erməni soyqırımı” ABŞ-da rəsmən qəbul olunsa belə, Ankaranın Vaşinqtonla hərbi sazişləri ləğv edəcəyini təsəvvür etmək çətindir.




14:49 26/01 | 68 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Fransa Senatda qəbul olunan qərara görə artıq Dağlıq Qarabağ məsələsinin həlli prosesində obyektiv və ədalətli vasitəçi ola bilər | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur