SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Prezident Ilham Əliyev bir sıra rəsmi görüşlər keçirib.

Davosda Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olub. Görüşdə “Cənub qaz dəhlizi” layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulanıb. Görüşdə 2011-ci ilin yanvarında Bakıda prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edilib. Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulanıb.

Davosda Azərbaycan prezidenti İlham Əliyevin “UBS Global” şirkətinin Direktorlar Şurasının sədri Qaspar Villiger ilə görüşü olub. Görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan “UBS” bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb. Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladan Qaspar Villiger prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini deyib.




14:28 26/01 | 140 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Prezident Ilham Əliyev bir sıra rəsmi görüşlər keçirib. | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ANA XƏBƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ANA XƏBƏR:
İlham Əliyev:“Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə heç vaxt barışmayacaq”


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur