SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Azərbaycan paytaxtında çovğun olacaq

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin ayın sonunadək davam edəcəyi, şaxtalı keçəcəyi, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən   verilən məlumata görə, yanvarın 26-sı axşam yağıntının arabir intensivləşəcəyi, yanvarın 27-28-29-da bəzi yerlərdə güclü olacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti saniyədə 10-15 metr olacaq, arabir 20-25 metrədək güclənəcək. Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.
Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, axşam 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Yanvarın 27-si axşam, 28-nə keçən gecəyə doğru çovğun olacağı ehtimalı var.
Yanvarın 27-si axşamdan 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, şimal-qərb küləyinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Yanvarın 27-si axşam, 28-də çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.
Yanvarın 27-dən 30-dək Abşeron yarımadasında soyuq temperatur diskomfortunun davam edəcəyi gözlənilir. Yanvarın 27-si axşam və 28-də qarlı və şaxtalı hava şəraiti güclü xəzri küləyi fonunda daha da kəskinləşəcəyindən meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət görülmür.
Azərbaycanın rayonlarında yanvarın 27-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv, axşama doğru şimal və şərq rayonlarında güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir.




14:00 26/01 | 130 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Azərbaycan paytaxtında çovğun olacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ANA XƏBƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ANA XƏBƏR:
İlham Əliyev:“Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə heç vaxt barışmayacaq”


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur