Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bir sıra yollarının buz bağlaması ilə əlaqədar sürücülərə müraciət edib.
Məlumata görə, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Quba, Qusar, Ağsu, İsmayıllı, Şamaxı rayonları istiqamətinə yolların bəzi hissələrində buzlaşma müşahidə olunur. Bununla əlaqədar sürücülərdən yollarda diqqətli olmaq, buzlu yollarda zəncirdən, mövsümi qış təkərlərindən və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmək tələb olunur.
Qeyd edək ki, qarlı-şaxtalı hava şəraitinin daha bir neçə gün davam etməsi gözlənilir.