SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Bakıda "Eurovision-2012"-nin püşkü atılıb

Yanvarın 25-də Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilmişdir.



Mərasim ölkəmizin “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.Bu möhtəşəm tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Tədbiri işıqlandırmaq üçün Azərbaycana gəlmiş bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və “Euronews” telekanalının reportyorları mərasimdə olmuşlar.
Mərasimin vacib məqamlarından biri isə müsabiqənin konsepsiyasının təqdimatı olmuşdur.Möhtəşəm “Eurovision” axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanmışdır.2004-cü ildən etibarən “Eurovision” müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu vardır. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.
Təntənəli mərasimdə Bakı şəhəri “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir.
Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim etmişdir. Bununla da Bakının “Eurovision-2012”-yə ev sahibliyi rəsmən qəbul olunmuşdur.




10:28 26/01 | 32 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Bakıda "Eurovision-2012"-nin püşkü atılıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox MƏDƏNİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: MƏDƏNİYYƏT:
Məşhur rus rejissoru "Qara yanvar" adlı film çəkib


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur