Davosda Azərbaycan prezidenti İlham Əliyevin və İsrail prezidenti Şimon Peresin görüşü olub.
AzərTAc-ın verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin söhbət əsnasında iqtisadi, elmi tədqiqatlar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.