SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Bakı rəsmən Eurovision-2012-nin sahibi oldu

Yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edən Bakıda layihənin ilk geniş mərasimi keçirilib.



“Buta Palace”da keçirilən tədbirdə Eurovision Mahnı Müsabiqəsinin Açar Təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin hansı yarımfinalda çıxış edəcəyini müəyyən edən püşkatma və Eurovision Mahnı Müsabiqəsi 2012-nin loqo və şüarının təqdimatı olub.

Bu mərasimdə Eurovision 2011-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elbers Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı Eurovision 2012-yə ev sahibliyini beynəlxalq auditoriya qarşısında təntənəli şəkildə qəbul edib.

Tədbirdə həmçinin qaydalara uyğun olaraq yarımfinallarda iştirak edəcək 37 ölkənin hansı yarımfinalda çıxış edəcəyi müəyyən edən püşkatma keçirilib. Həmçinin Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunub. Püşkatmanın nəticələrinə görə 2012-ci il mayın 22-də də birinci yarımfinalda iştirak edən 18 ölkə Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San-Marino, İsrail, İrlandiya və Macarıstan olub.

Mayın 24-də ikinci yarımfinalda iştirak edəcək 19 ölkə Serbiya, Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə, Slovakiya, Xorvatiya, Norveç, Litva, Bosniya və Herseqovina olub.

26 May 2012-ci ildə birbaşa final mərhələsində Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Azərbaycan (qalib ölkə kimi) iştirak edəcəklər.

Tədbirin vacib məqamlarından biri isə Eurovision Mahnı Müsabiqəsi 2012-nin konsepsiyasının təqdimatı olub. Möhtəşəm Eurovision axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanıb.




07:33 26/01 | 72 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Bakı rəsmən Eurovision-2012-nin sahibi oldu | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ANA XƏBƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ANA XƏBƏR:
İlham Əliyev:“Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə heç vaxt barışmayacaq”


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur