SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Fransa səfiri danışdı: “...davam edəcəyik”

 Fransanın Azərbaycandakı səfiri ittihamlara cavab verdi



Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın ötən il dekabrın 27-də və bu il yanvarın 23-də APA-ya verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib. Səfir APA-ya təqdim etdiyi cavab açıqlamasında bildirib: “Əgər Fransa senatı tərəfindən 23 yanvar tarixində səsvermə yolu ilə qəbul edilmiş qanun bəzi türk, yaxud Azərbaycan vətəndaşlarını yaralayırsa, Fransanın hökumət orqanları buna təəssüf edir. Bu səsvermə ilə qəbul edilmiş qanunun ruhunu qətiyyən əks etdirmir. Yaddaş məsələləri hər zaman ağrılı mövzulardır, bu mövzular dünyada qızğın debatlara səbəb olur. Fransa da bu çətin təcrübəni yaşadı və qul alverində, İkinci Dünya müharibəsi zamanı Fransa yəhudilərinin kütləvi sürgünündə Fransa dövlətinin iştirakında və hətta müstəmləkə sistemində öz məsuliyyətini tanıdı”.Səfir qeyd edib ki, Fransa Türkiyə və Azərbaycanla münasibətlərinə dəyər verir: “Bu münasibətlərə yeni təkan vermək üçün son aylarda Fransa çox çalışıb”. Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu da vurğulayıb: “Bu günədək olduğu kimi, bundan sonra da Fransa Minsk Qrupunda ədalətli, davamlı, beynəlxalq hüququn prinsiplərinə uyğun sülh sazişinə nail olmaq üçün konstruktiv və tamamilə obyektiv rol oynamağa davam edəcək”. Q. Keller Türkiyə səfirinin Fransa parlamentinin üzvlərinin ünvanına səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Fransa parlamentarilərinin ünvanına deyilənlər böhtan xarakterli ittihamlar olduğuna görə, hesab edirəm ki, həmin sözlər Türkiyə kimi böyük ölkənin nümayəndəsinə layiq deyil. Sonda qeyd etmək istərdim ki, səfirin Fransada sülh və əmin-amanlığın pozulması riski barədə söylədikləri milli ictimaiyyətimizə tamamilə inteqrasiya etmiş Fransanın türk icması üçün də həqarətlidir”.




17:07 25/01 | 61 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Fransa səfiri danışdı: “...davam edəcəyik” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur