SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
NATO İrana müdaxilə etməyəcəyini bəyan etdi

Liviyadakı NATO əməliyyatı Avropanın öz maraqları naminə öz üzərinə məsuliyyət götürə bildiyini göstərdi. Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen "Euronews" telekanalına eksklüziv müsahibəsində deyib. Müxbirin "NATO Suriyadakı hadisələrə müdaxilə etmirsə, bu, İrandakı vəziyyətə də müdaxilə etməyəcəyi deməkdir?" sualına Anders Foq Rasmussen cavabında İranın işlərinə qarışmaq fikrində olmadığını deyib. "Demək istəyirəm ki, NATO-nın nə Suriyanın, nə də İranın işlərinə müdaxilə etmək niyyəti yoxdur. Suriyaya gəldikdə, ümid edirik ki, regional səviyyədə optimal qərar qəbul ediləcək. Ərəb Ölkələri Liqasının səylərini yüksək qiymətləndiririk. İrana gəldikdə isə, həll yolunun tapılmasına istiqamətlənmiş beynəlxalq, siyasi və diplomatik təşəbbüsləri dəstəkləyirik" - deyə, NATO-nun baş katibi bildirib. "Euronews" müxbirinin "İran Hörmüz boğazını bağlayarsa və NATO-dan tədbir görmək istənilsə, nə edərsiniz?" sualına cavabında isə Rasmussen nəyəsə müdaxilə etmək istəmədiklərini bir daha vurğulayıb. "Təbii ki, biz İran rəhbərliyini öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə və uran zənginləşdirmə proqramını dayandırmağa, eləcə də Hörmüz boğazından gəmilərin sərbəst keçidini təmin etməyə çağırırıq" - NATO-nun baş katibi belə deyib.




16:39 25/01 | 106 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
NATO İrana müdaxilə etməyəcəyini bəyan etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ANA XƏBƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ANA XƏBƏR:
İlham Əliyev:“Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə heç vaxt barışmayacaq”


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur