SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
ABŞ səfirliyi Azərbaycandakı vətəndaşlarını sayıq olmağa çağırıb

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Təhlükəsizlik Nazirliyinin Bakıda xarici vətəndaşlara qarşı terror aktının qarşısının alınması barədə məlumatından sonra öz vətəndaşlarına xəbərdarlıq edib. Müvafiq xəbərdarlıq ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilib. Səfirlik ABŞ vətəndaşlarına xatırladır ki, ABŞ əleyhinə və ABŞ-ın Azərbaycandakı xarici siyasət maraqları əleyhinə təhlükə qalmaqdadır: “Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə Qərb və İsrail icmaları ilə əlaqəli olan ictimai yerlərdə sayıq olmalıdır”.  ABŞ səfirliyinin mətbuat katibi Kit Bin  bildirib ki, bütün müvafiq təhlükəsizlik tədbirləri görülür.  Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda terror aktının qarşısının alındığı barədə məlumat yayıb. Məlumata əsasən, İran xüsusi xidmət orqanları ilə əlaqəli olan Balaqardaş Dadaşov ötən il avqustun 11-də Ərdəbildəki mənzilində öz əlaltısı Rasim Əliyevə xarici ölkə vətəndaşları olan ictimai xadimləri öldürməyi sifariş edib.




14:06 25/01 | 49 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
ABŞ səfirliyi Azərbaycandakı vətəndaşlarını sayıq olmağa çağırıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ANA XƏBƏR
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ANA XƏBƏR:
İlham Əliyev:“Azərbaycan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə heç vaxt barışmayacaq”


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur