Azərbaycanlı futbol hakimi DÇ-nin oyununda
Azərbaycanlı hakim Səbayel Qurbanova bu il Bakıda təşkil olunacaq 17 yaşlı qızlardan ibarət yığma komandalar arasındakı dünya çempionatının oyunlarını idarə edə bilər. Azerisport.az saytına bu barədə Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov məlumat verib:
“DÇ-nin final mərhələsinin oyunları birinci kateqoriyadan olan hakimlərə etibar olunur. Amma Səbayel Qurbanovada üçüncü kateqoriyadır. Amma biz çalışacağıq ki, o, heç olmasa, bir oyun idarə etsin. Buna baxmayaraq, Qurbanova DÇ-nin oyunlarında dördüncü hakim funksiyasını yerinə yetirə biləcək”.