ABŞ-ın “Yahoo Inc.” internet şirkətinin xalis mənfəəti (minoritar səhmdarların paylarını çıxmaq şərtilə) 2011-ci ildə 14,8% azalaraq illik müqayisədə 1,23 mlrd. dollardan 1,05 mlrd. dollara enib.
Şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, ötən il “Yahoo!”nun gəlirləri 21,2% azalaraq 6,32 mlrd. dollardan 4,98 mlrd. dollara düşüb. Əməliyyat mənfəəti isə 3,6% artaraq 772,5 mln. dollardan 800,3 mln. dollara qalxıb.
Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir. “Yahoo!”nun hazırda 13,7 əməkdaşı var.