Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib.
Azərbaycanın Qazaxıstanda yeni təyin olunmuş səfiri Zakir Həşimov etimadnaməsini Prezident Nursultan Nazarbayevə təqdim edib. Nursultan Nazarbayev səfiri Qazaxıstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Zakir Həşimov fəaliyyəti dövründə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin daha da genişləndirilməsinə çalışacağını bildirib.