Reytinq tərtib olunarkən ölkələrdəki infrastruktur, əmtəə və əmək bazarlarının effektivliyi, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət, innovasiya, maliyyə bazarının inkişafı və bu kimi amillər nəzərə alınıb.
Azərbaycan keçmiş SSRİ respublikaları arasında Ümumdünya İqtisadi Forum tərəfindən hazırlanmış ən rəqabətədavamlı ölkələr siyahısında üçüncü yeri tutub.Keçmiş SSRİ dövlətləri arasında siyahıda birinci yerdə Estoniya, ikinci yerdə isə Litva qərarlaşıb. Ümumi siyahıda bu ölkələr müvafiq olaraq 33-cü və 47-ci, Azərbaycan isə ümumi siyahıda 57-ci yerdə qərarlaşıb. Keçmiş SSRİ ölkələri arasında Azərbaycandan sonra Rusiya gəlir - 63-cü yer. Növbəti yerləri Latviya (70-ci yer), Qazaxıstan (72-ci yer), Ukrayna (89-cu yer), Gürcüstan (93-cü yer) və Moldova (94-cü yer) tutur. Maraqlısı odur ki, Belarus siyahıda ümumiyyətlə yoxdur.Siyahıda birinci yeri isə İsveçrə, ikinci yeri Sinqapur, üçüncü yeri ABŞ tutub. İlk onluğa həmçinin, Almaniya, Yaponiya, Finlandiya, Niderland, Danimarka və Kanada kimi ölkələr də daxil olub.Çin, Hindistan və Braziliya kimi ölkələr reytinqdə müvafiq olaraq 27-ci, 51-ci və 58-ci yerlərdə qərarlaşıb.Siyahının ən aşağı pillələrində isə Anqola, Burundi və Çad kimi ölkələr yer alıb.Qeyd edək ki, reytinq tərtib olunarkən ölkələrdəki infrastruktur, əmtəə və əmək bazarlarının effektivliyi, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət, innovasiya, maliyyə bazarının inkişafı və bu kimi amillər nəzərə alınıb. Qiymətləndirmə makroiqtisadi göstəricilər əsasında və 13,5 min iş adamının iştirak etdiyi sorğu nəticəsində aparılıb.