SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
PKK-çılar Türkiyədə kütləvi iğtişaş yaratdı

Təhlükəsizlik qüvvələri kütləvi iğtişaşın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.



Türkiyənin Van vilayətində kütləvi iğtişaşlar baş verib.Barış və Demokratiya Partiyasının (BDP) nümayəndələri Hakkaridə PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı 9 terrorçunun zərərsizləşdirilməsi ilə bağlı partiyanın Van şöbəsinin qarşısında mətbuat üçün açıqlama veriblər. Brifinq keçirənlər arasında BDP-dən olan millət vəkilləri Özdal Üçer və Fatma Kurtulan da olub. Brifinqdən sonra PKK terror təşkilatı və onun lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndirilib. Bir qrup adam şəhərin mərkəzində təhlükəsizlik tədbirlərini gücləndirən polis əməkdaşlarına daş atmağa başlayıb. Onlar küçələrdə tonqal qalayıblar, daşla ofislərin pəncərələrini sındırıblar. Təhlükəsizlik qüvvələri kütləvi iğtişaşın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. BDP-dən olan millət vəkilləri Özdal Üçer və Fatma Kurtulan da gözyaşardıcı qazdan ziyan çəkiblər. Onlar dərhal xəstəxanaya aparılıblar.

 



15:41 09/09 | 137 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
PKK-çılar Türkiyədə kütləvi iğtişaş yaratdı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur