Həlak olanların sayının artacağı ehtimal olunur.
Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzi bazarında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb. Prokurorluq orqanlarından bildirilib ki, bu gün səhər terrorçu-kamikadze “Volqa” maşınında 30-40 kq trotil gücündə bombanı işə salıb. Son məlumatlara görə, partlayış nəticəsində 15 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb. Ölənlərin sayının artacağı ehtimal olunur.