SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Azərbaycanın işğal olunmuş əraziləri haqda qətnamə layihəsi BMT-də müzakirə olunacaq
Sentyabrın 9-da BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsi müzakirə olunacaq.



Qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətə tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir.

Dünən Assambleya «GUAM məkanında dondurulmuş münaqişələr və onun beynəlxalq sülh, təhlükəsizliyə təsiri və inkişafı» adlı qətnaməni qəbul edib. Qətnamədə Gürcüstanda baş verən münaqişələr nəticəsində zorakılıq yolu ilə demoqrafik vəziyyətin dəyişməsindən narahatlıq ifadə olunur.

Baş Assambleya bütün qaçqınların, onların övladlarının, etnik mənsubiyyətindən asılı olmayaraq Gürcüstan, o cümlədən Abxaziya və Cənubi Osetiya ərazilərindəki evlərinə qayıtmaq hüquqlarını tanıyıb.



13:40 09/09 | 194 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Azərbaycanın işğal olunmuş əraziləri haqda qətnamə layihəsi BMT-də müzakirə olunacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur