SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Həmsədrlər sabah Yerevanda olacaqlar
ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də fəaliyyətdə olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik sentyabrın 9-da Yerevanda olacaqlar.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. Vasitəçilərin səfəri çərçivəsində erməni tərəfi ilə Dağlıq Qarabağ münaqişəsinin yenilənmiş Madrid prinsipləri əsasında nizamlanması ilə bağlı məsləhətləşmələri davam etdirəcəkləri gözlənilir.

Ötən axşam həmsədrlər Xankəndidə olublar və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüblər. Bundan əvvəl isə onlar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar.



11:32 09/09 | 117 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Həmsədrlər sabah Yerevanda olacaqlar | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur