SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasını çəkən mükafatlandırılıb
Beş il əvvəl Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturası ilə İslam dünyasının qəzəbinə səbəb olan danimarkalı karikaturaçı Kurt Vesterqaard söz azadlığı uğrunda nailiyyətlərinə görə mükafata layiq görülüb.


Almaniyanın Potsdam regionunda “Avropada media azadlığı” adı altında keçirilən toplantıda çıxış edən kansler Angela Merkel Kurt Vesterqaardın ifadə və mətbuat azadlığı uğrunda mübarizədə göstərdiyi cəsarəti yüksək qiymətləndirdiyini bildirib: “Onun rəsmlərinin ürəkaçan olub-olmadığını, onların mühüm və ya yardımçı olub-olmadığını düşünməyimizin fərqi yoxdur. Ona bunu etməyə icazə verilmişdimi? Bəli. Avropada bir çox karikaturaçı var, o da onlardan biridir. Avropa isə karitkaturaçıya bu cür rəsmləri çəkməyə icazə verən yerdir”.Xatırladaq ki, 2005-ci ildə Danimarkanın “Cilland-Posten” qəzetində Kurt Vesterqaardın Məhəmməd peyğəmbər (s.ə.s) həsr olunmuş satirik rəsmlərinin dərcindən sonra böyük mübahisələr yaranmışdı. Daha sonra Avropanın 50-dən çox qəzeti bu rəsmləri dərc etmişdi. Müsəlman dünyası isə buna kütləvi nümayişlərlə etirazını çatdırmışdı. Daha sonra isə Danimarkanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumlar olmuşdu. Nigeriya, Pakistan və Liviyada baş vermiş qarışıqlıqlarda isə onlarla insan ölmüşdü. 2008-ci ilin fevralında isə karikaturaçının rəsmləri yenidən dərc etməsi ilə ona qarşı sui-qəsd planlarının olduğu ilə bağlı məlumatlardan sonra Kurt Vesterqaard polsin mühafizəsi altındadır.



10:57 09/09 | 48 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasını çəkən mükafatlandırılıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: :
Müdafiə Nazirliyi: Ermənistan vətəndaşının ailə üzvləriylə birgə Azərbaycana keçməsi ilə bağlı hərtərəfli araşdırma aparılır


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur