Moldovada parlament seçkisi noyabrın 21-ə təyin edilib
Moldovada vaxtından əvvəl parlament seçkiləri noyabrın 21-ə təyin edilib.
Bunu demokratların lideri Marian Lupu hakim koalisiya ilə müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.
Ölkədə siyasi böhran davam edir. Prezidenti xalqın seçməsilə bağlı sentyabrın 6-da keçirilmiş referendum əhalinin qeyri-fəallığına görə baş tutmamış elan edilib.
Ötən ilin yazından parlament ölkə başçısını seçə bilmir. Buna görə də hakim koalisiya ümummilli seçkilərlə bağlı referendum keçirilməsini təklif elədi.
Müxalifətdə olan Kommunist Partiyası isə referendumu baykot etməyə çağırdı.
10:40 09/09 | 47 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Moldovada parlament seçkisi noyabrın 21-ə təyin edilib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun