SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Şəhid ailələrinə verilən təqaüd artırılıb

“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 50% artırılaraq 150 (yüz əlli ) manat məbləğində müəyyən edilib.



Azərbaycan prezidenti İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında fərman imzalayıb.Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, fərmana əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 50% artırılaraq 150 (yüz əlli ) manat məbləğində müəyyən edilib. Şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə imzalanan fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb. Fərmanın digər bəndi ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci bəndində “100 (yüz)” sözü “150 (yüz əlli)” sözləri ilə əvəz edilib. Fərman sentyabrın 1-dən qüvvəyə minir.




20:11 08/09 | 152 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Şəhid ailələrinə verilən təqaüd artırılıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur