SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Azərbaycan AACCU-ya rəsmən üzv qəbul olundu
Bu gün Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyasının (AACCU - Asian Association of Confederation of Credit Unions) Seulda (Cənubi Koreya) keçirilən konfransında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) bu təşkilata üzvlüyü rəsmən təsdiq edilib.
 


AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib ki, Assosiasiya AACCU-ya cari ilin mart ayından üzv olub və bu gün beynəlxalq qurum tərəfindən üzvlük rəsmən təsdiqlənib. «Azərbaycan bu beynəlxalq quruma ildə 1 250 ABŞ dolları üzvlük haqqı ödəyəcək. Üzvlük haqqının həcmi AKİA üçün güzəştli şərtlərlə qəbul edilib», - deyə E.Bağırov bildirib. Konfransda E.Bağırov AKİA-nın fəaliyyəti, Azərbaycanda kredit ittifaqlarının inkişafı və digər mövzularda geniş məruzə ilə çıxış edib. Qeyd edək ki, bu ilin sentyabr ayının 3-dən 10-dək AACCU-nun Seulda keçirilən konfransında 500-dən çox nümayəndə iştirak edir. Xatırladaq ki, AKİA 100 ölkənin üzv olduğu Ümumdünya Kredit İttifaqları Şurasına (WOCCU - World Council of Credit Unions) da (2009-cu ilin mart ayı) üzvdür. AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 64-ü qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.



19:24 08/09 | 130 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Azərbaycan AACCU-ya rəsmən üzv qəbul olundu | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İQTİSADİYYAT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İQTİSADİYYAT:
Türkiyə Azərbaycanla danışıqlara başladı


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur