“Azərbaycanda bu gün də 30 minə yaxın etnik erməni yaşayır”
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Gürcüstanın Azərbaycandakı səfiri təyin edilən İrakli Kavtaradzenin təyinatına rəsmi Bakının razılıq vermədiyi və bunun səbəbinin guya onun erməni əsilli olduğu barədə Ermənistan mətbuatının iddialarını təkzib edib. Diplomat deyib: “Təyinatla bağlı müvafiq prosedurlar həyata keçirilir. Lakin təəssüf ki, Ermənistan mətbuatında məsələyə başqa rəng verməyə və bunu etnik dözümsüzlüklə əlaqələndirməyə çalışıblar. Hər kəs bilməlidir ki, Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanda yaşayan bütün milli azlıqlar digər Azərbaycan vətəndaşları kimi öz hüquqlarından istifadə edə bilər. Ermənistan tərəfi nəzərə alsın ki, Azərbaycanda bu gün də ölkə vətəndaşı olan 30 minə yaxın etnik erməni yaşayır”. apa
19:11 08/09 | 66 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
“Azərbaycanda bu gün də 30 minə yaxın etnik erməni yaşayır” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun