Azərbaycan prezidenti Niderland Krallığı Senatının sədrini qəbul etdi
Prezident İlham Əliyev bu gün Niderland Krallığı Senatının sədri Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Rene Van der Linden ilə Strasburqda keçirdiyi görüşləri və sıx təmasları məmnunluqla xatırladığını deyib. Rene Van der Linden ölkəmizə yenidən səfər etməsindən, dostluq münasibətlərimizin və çox yaxşı əlaqələrimizin olmasından məmnunluğunu bildirib. Avropa Şurası Parlament Assambleyasının sədrliyindən sonra Azərbaycan-Niderland dostluq qrupuna rəhbərlik etdiyini vurğulayan qonaq Senatın sədri kimi də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini deyib. Dövlət başçısı Rene Van der Lindenin vaxtilə Azərbaycan-Niderland dostluq qrupuna sədrlik etməsini yüksək dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Əməkdaşlığımızın inkişafı üçün yaxşı potensialın olduğunu qeyd edən dövlət başçısı Niderland Krallığı Senatının sədri Rene Van der Lindenin Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
18:20 08/09 | 63 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Azərbaycan prezidenti Niderland Krallığı Senatının sədrini qəbul etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun