“Sabahdan ilk reklam çarxları, çağırış xarakterli elanlar yayımlanacaq”.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Antenn.az-ın məlumatına görə, MSK katibi Natiq Məmmədov səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası barədə danışıb. N. Məmmədov seçicilər üçün 5 milyon ədəd bildirişin lazım olduğunu və bildirişlərin Milli Məclisin mətbəəsində hazırlanmasını təklif edib. Təklif səsvermə nəticəsində qəbul edilib. Sonra bəzi DSK-ların tərkibində edilən dəyişikliklərə baxılıb, səsvermə nəticəsində qəbul olunub. MSK sədri Məzahir Pənahov isə deyib ki, “Qarabağ”, “İnsan naminə” və “Demokratiya” seçki blokları sənədlərini artıq MSK-ya təqdim edib. Sabahdan isə ilk reklam çarxları, çağırış xarakterli elanlar yayımlanacaq. O, bu işdə televiziya kanallarının imkanlarından daha çox istifadə ediləcəyini vurğulayıb.
17:27 08/09 | 58 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
MSK- nın növbəti iclası keçirildi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun