Hazırda bu istiqamətdə işlər aparılır və bu gündən respublika daxilindəki bütün qatarlara əlavə vaqonlar qoşulacaq
Bu gündən Ramazan bayramı ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC bütün respublika daxilindəki reyslərə əlavə vaqonlar buraxacaq. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov jurnalistlərə bildirib. Əlavə vaqonlar bayram günlərində sayı artacaq sərnişinlərin daşınmasını təmin etmək üçün lazımdır: “Hazırda bu istiqamətdə işlər aparılır və bu gündən respublika daxilindəki bütün qatarlara əlavə vaqonlar qoşulacaq”. Onun sözlərinə görə, QSC bu rejimdə bayram günlərindən daha bir neçə gün sonra işləyəcək.Ramazan bayramı Azərbaycanda sentyabrın 9-10-da qeyd ediləcək.