SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Cüdocularımızın rəqibləri müəyyənləşdi

111 ölkədən 848 cüdoçunun qatıldığı dünya çempionatının ilk günü idmançılarımızdan Elmar Qasımov qüvvəsini sınayacaq.



Sabah cüdo üzrə Yaponiyanın paytaxtı Tokioda start götürəcək dünya çempionatında Azərbaycan idmançılarının rəqibləri müəyyənləşib.66 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Tərlan Kərimov ilk mərhələdən azaddır. O, mübarizəyə növbəti mərhələdən qoşulacaq və birinci döyüşündə İsrail Verduqo (Ekvador) ilə üz-üzə gələcək. Yığmamızın debütantı Rinat Mirzəliyev (73 kq) mərhələ adlamaq üçün Seyid Hussani səddini keçməlidir.81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Elnur Məmmədli və Elxan Rəcəbli komandamızın digər üzvləri ilə müqayisədə daha güclü rəqiblə qarşılaşacaqlar. Olimpiya çempionumuz birinci döyüşündə George Şinjikaşvilini (Gürcüstan), Rəcəbli Lukas Blaçı (Polşa) sınağa çəkəcək.Püşk yığmamızın lideri Elxan Məmmədova (90 kq) Aleksandr Manyevi (Kipr), Elmar Qasımova (100 kq) isə Dino Pfeyfferi (Almaniya) qismət edib.Qadın cüdoçuların yarışında tatamiyə çıxacaq Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) növbəti mərhələyə yüksəlmək üçün müvafiq olaraq Battuqs Tumen-Odu (Monqolustan) və Diana Velaskonu (Kolumbiya) məğlub etməlidirlər.Qeyd edək ki, 111 ölkədən 848 cüdoçunun qatıldığı dünya çempionatının ilk günü idmançılarımızdan Qasımov qüvvəsini sınayacaq. Sentyabrın 10-da Məmmədli, Rəcəbli və Məmmədov, 1 gün sonra Mirzəliyev, Qasımova və Yusubova nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Komandamızın son üzvü - Kərimov isə sentyabrın 12-də mübarizəyə qoşulacaq.Dünya çempionatına sentyabrın 13-də yekun vurulacaq.




14:26 08/09 | 199 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Cüdocularımızın rəqibləri müəyyənləşdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İDMAN
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İDMAN:
Futbol tarixində görünməmiş hadisə!


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur