Bu barədə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan açıqlama verib.
Yaxın 10 gün ərzində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrana səfər edəcək. “Fars” agentliyinin yaydığı xəbərə görə, bu barədə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan açıqlama verib. O, İran tərəfinin dəvəti ilə gerçəkləşəcək səfər zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirə olunacağını söyləyib. E. Nalbandyan İran rəhbərliyi ilə görüşlər keçirəcək.