Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Ramazan ayının bayram namazının vaxtını açıqlayıb.
İdarədən verilən məlumata görə, Azərbaycanda bayram namazı sentyabrın 9-da səhər saat 10:00-da qılınacaq. Ramazanın başa çatması münasibətilə bayram namazı Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qılınacaq.Ramazanın başa çatması münasibətilə bayram namazı Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qılınacaq.